USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BMT-nin baş katibi Quterreşdən İsrailə xəbərdarlıq: Hücum qəbuledilməzdir

07.05.2024 Siyasət
0 0
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrail ilə Həmas arasında razılaşmaya çağırdığını xatırladaraq, "Bu, qaçırılmaması lazım olan bir fürsətdir və Rəfaha qurudan hücum qəbuledilməzdir" deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ofisində İtaliya prezidenti Sercio Mattarella ilə ikitərəfli görüşdən əvvəl mətbuata açıqlama verib.

Quterreş bəyan edib ki, Rəfaha qurudan edilən hücum dəhşətli humanitar nəticələrə gətirib çıxaracaq və regionda sabitliyi pozacaq.

HƏMAS atəşkəs təklifini təsdiqləyib

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.

Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.