Mart ayında yenidən prezident seçilən Putin Kreml sarayında keçirilən mərasimdə and içərək 5-ci dəfə Rusiya prezidenti olub. "Rusiya vətəndaşları ölkənin kursunun düzgün olduğunu təsdiqləyib. Bu, ciddi problemlərlə üzləşdiyimiz bir vaxtda böyük əhəmiyyət kəsb edir", - deyə Putin çıxışında bildirib.
Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti vəzifəsinə rəsmən başlayıb.
Rusiya prezidentinin andiçmə mərasimində Federasiya Məclisi, Duma və Konstitusiya Məhkəməsinin üzvləri, mətbuat nümayəndələri və vətəndaşlar da daxil olmaqla 2600-ə yaxın qonaq iştirak edib.
Rusiya televiziya kanalları tərəfindən canlı yayımlanan mərasimdə Putin əlini Rusiya Konstitusiyası kitabçasına qoyaraq and içib.
Mərasimdəki çıxışında Putin onu yenidən seçən vətəndaşlara təşəkkür edib və Rusiya xalqının maraqlarının və təhlükəsizliyinin onun üçün hər şeydən önəmli olduğunu vurğulayıb.