Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb.
Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin "fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəklədiyi" bildirilib.
Biz iki dövlətli həlli dəstəkləyirik
Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət kimi rəsmən tanıdığı bildirilib. Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımaq qərarına gəlib.