Britaniya Rusiyanın zərərli kəşfiyyat fəaliyyətinə istinad edərək, müdafiə attaşesini ölkədən çıxaracağını, Rusiya ilə əlaqəli bəzi mülklərin diplomatik statusunu ləğv edəcəyini və Rusiya diplomatik vizalarının müddətini məhdudlaşdıracağını açıqlayıb.
Böyük Britaniyanın Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatına görə, daxili işlər naziri Ceyms Cleverly Rusiyanın kəşfiyyat məlumat toplama əməliyyatlarını hədəfə almağa və aradan qaldırmağa yönəlmiş tədbirlər paketini həyata keçirəcəklərini açıqlayıb.
Açıqlamada adı açıqlanmayan hərbi kəşfiyyatçı olan Rusiya müdafiə attaşesinin deportasiya ediləcəyi paylaşılıb.
İngiltərədəki bəzi Rus mülklərinin kəşfiyyat məqsədləri üçün istifadə edildiyinə inanıldığı və bu mülklərin “diplomatik obyekt” statusunun qaldırılacağı açıqlanıb. Bu qərar nəticəsində rusiyalı diplomatların Böyük Britaniyada qala biləcəyi vaxt məhdudlaşdırılacaq və Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyulacaq.
Açıqlamaya görə, Rusiyanın Londondakı səfiri Andrey Kelin Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın hərəkətlərinə dözülməyəcəyi bir daha bildirilib.