ABŞ-ın Nyu-York şəhəri ilə İrlandiyanın Dublini real vaxt rejimində birləşdirən “The Portal” açılıb.
Litvalı rəssam Benediktas Gylys ABŞ-ın Nyu-York şəhəri ilə İrlandiyanın paytaxtı Dublini birləşdirdi və təxminən 5 min kilometr məsafədə yerləşir.
“The Portal” adlı yüksək texnologiyalı heykəllər real vaxt rejimində iki şəhəri birləşdirən virtual körpü yaradıb.
Nyu Yorkdakı portal Beşinci avenyudakı Flatiron binasının qarşısında, Dublindəki portal isə O'Konnell küçəsində açılıb.
Canlı yayımın həftənin 7 günü, günün 24 saatı davam edəcəyini bildirən sənətçi Gylys, "Hər şeydən əvvəl, insanları yenidən əlaqə yaratmağa dəvət edəcək filtrsiz bir görüş təqdim edirik" dedi.
Portalı şəhərə interaktiv sənət instalyasiyası olaraq ictimaiyyətə təqdim etməkdən çox həyəcanlı olduğunu ifadə edən Gylys, "Biz küçələrimizin canlılığını nümayiş etdiririk və Nyu Yorklularla Dublinlilər arasında insan əlaqəsi üçün yeni bir nöqtə təklif edirik" dedi.
Bildirilib ki, portallar növbəti altı ay ərzində açıq qalacaq.