Fövqəladə Hallar Nazirliyinin radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi ilə məşğul olan "İzotop" xüsusi kombinatın direktoru Fikrət Aslanov vəzifəsindən azad edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Fikrət Aslanov son yaş həddinə görə təqaüdə göndərilib.