ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Ukrayna üçün 2 milyard dollarlıq orta və uzunmüddətli xarici hərbi maliyyələşdirmə paketini təsdiqlədiyini açıqlayıb.
Ukraynaya səfər edən Blinken Kiyevə verilən dəstək barədə açıqlamalar verib.
Blinken ABŞ-ın Ukraynaya 2 milyard dollar əlavə xarici hərbi maliyyə ayıracağını bildirib.
İki ölkənin təhlükəsizlik razılaşması üzərində işləməyə davam etdiyini açıqlayan Blinken, bu razılaşmanın "çox qısa müddətdə" tamamlana biləcəyinin vurğuladı.