Pekində Çin Dövlət Başçısı Xi Jinping ilə görüşən Rusiya prezidenti Putin açıqlamasında "2023-cü ildə ticarət dövriyyəmiz 240 milyard dollarla rekord qırdı", - deyə bildirib. Putin, "Beynəlxalq arenada əməkdaşlığımız dünyada sabitliyi təmin edən təməl elementlərdən biridir" dedi.
Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Pekində Çin prezidenti Si Cinpin ilə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
Yenidən Rusiya prezidenti seçildikdən sonra ilk səfərini Çinə etdiyinə diqqət çəkən Putin, "Təbii ki, burada müəyyən bir simvolizm var, lakin bu görüşlər də məzmun baxımından son dərəcə zəngin və faydalıdır" dedi.
Xi ilə görüşlərində ticarət və investisiyanın əsas gündəm maddələri arasında olduğunu ifadə edən Putin, "2023-cü ildə ticarət həcmimiz 240 milyard dollarla rekord qırdı" ifadə edib.
Rusiyanın Çinə ərzaq ixracatının 1,5 dəfə artaraq 7,6 milyard dollara çatdığını açıqlayan Putin, iki ölkə arasında ümumi dəyəri 200 milyard dollardan çox olan 80 layihənin birgə hazırlandığını bildirib.