USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Belarus əməkdaşlığı gücləndirəcək

17.05.2024 Siyasət
0 0
Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi təmaslar üçün gəldiyi Azərbaycanda Prezident İlham Əliyevlə görüşüb.

İlham Əliyev Azərbaycan ilə Belarus arasında ticarət həcminin artdığını, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın geniş vüsət aldığını bəyan edərək, “Biz Belarus şirkətlərinin və müəssisələrinin işğaldan azad edilmiş rayonların yenidən qurulması və dirçəldilməsi prosesində iştirakını alqışlayırıq" dedi.

Lukaşenko isə müharibədə qələbənin əldə edilməsinin vacib olduğunu, ancaq qələbənin qorunub saxlanmasının daha vacib olduğunu bəyan edib.

Danışıqlardan sonra Əliyev və Lukaşenko Bakıda keçirilən 17-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro) olub.

Görüşlərdən sonra gömrük, baytarlıq, turizm, istehlakçı hüquqları və investisiya sahələrində aidiyyəti nazirlər və rəsmilər tərəfindən sazişlər imzalanıb. Bundan başqa, Azərbaycanın Bakı, Gəncə və Qəbələ şəhərləri ilə Belarusun Minsk, Qomel və Qrodno şəhərlərinin qardaşlaşmış şəhərlərə çevrilməsi ilə bağlı anlaşma memorandumları imzalanıb.