İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin axtarış-xilasetmə işlərinə dəstək üçün ordunun səfərbər olunduğunu elan edib.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdullahiyanı daşıyan helikopter qəzaya uğradıqdan sonra İran Silahlı Qüvvələrinə axtarış-xilasetmə işlərinə dəstək vermək üçün səfərbər olmaq əmri verilib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri helikopterin tapılması üçün ordu, İnqilab Keşikçiləri və hüquq-mühafizə qüvvələrinin bütün texnika və imkanlarından istifadə edilməsi barədə göstəriş verib.