İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında öldüyü təsdiqlənib. Dünya İranda nə baş verəcəyi ilə maraqlanır? İranda hazırkı prezident öləndə nə baş verir? Yeni prezidenti kim seçir? İranda bundan sonra baş verəcək proses budur...
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yüksək rütbəli dövlət rəsmiləri ilə birlikdə olduğu helikopter ötən gün Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb.
Axtarış-xilasetmə qrupları səhər saatlarında helikopterin qalıqlarına çatıb. İran xəbər agentlikləri qəzadan sağ qalanların olmadığını açıqlayıb.
Qəzada prezident İbrahim Rəisi, xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbriz cüməsi İmam Ayətullah Əli Haşim həlak olub.
Bəs İranda vəzifədə olan prezident öləndə nə baş verir?
İran İslam Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən, birinci vitse-prezident (hazırda Məhəmməd Muhbir tərəfindən idarə olunur). Bunun üçün İranda bütün məsələlərdə söz sahibi olan İranın dini liderinin (Əli Xamenei bu vəzifədədir) təsdiqi lazımdır.
Daha sonra birinci vitse-prezident, parlamentin spikeri və ədliyyə orqanının rəhbərindən ibarət şura ən çox 50 gün ərzində yeni prezident üçün seçkinin keçirilməsinə qərar verir.