USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail rəsmisi Reuters-ə danışıb: Təl-Əvivin Rəisinin ölümündə heç bir rolu yoxdur

20.05.2024 Siyasət
0 0
İran prezidenti İbrahim Rəisi və başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən xarici işlər naziri Hüseyn Əmirabdullahiyan helikopterin qəzaya uğraması nəticəsində həyatını itirib. Böyük Britaniyada yerləşən Reuters agentliyinə danışan bir İsrail rəsmisi qəzada Təl-Əviv rəhbərliyinin heç bir rolunun olmadığını bildirib.

İran prezidenti və xarici işlər naziri Əmir Abdullahiyan helikopter qəzasından sonra bütün axtarış və xilasetmə işlərinə baxmayaraq həyatını itirib. Lider və heyətinin ölümündən sonra sui-qəsd iddiaları gündəmə gəlib və ilk açıqlamanı İsrail verib.

Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyinə danışan bir İsrail rəsmisi, Rəisinin ölümündə Tel-Əviv rəhbərliyinin heç bir rolunun olmadığını bildirib.

İki ölkə arasında gərginlik ən yüksək həddə çatıb

İsrailin Qəzzaya hücumlarından sonra artan Tel-Əviv-Tehran gərginliyi ötən ay İsrailin Dəməşqə hücumundan sonra daha da artıb. İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücumda İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həyatını itirib.

Regionda gərginliyin pik həddə olduğu bir vaxtda İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib. İran bəzi hərbi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri tərəfindən alındığını açıqladı, lakin cənubdakı hərbi bazaya 4 raket zərbəsi endirildikdə 'cüzi' ziyan meydana gəldi.