Kommersant.az bu barədə İtaliyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Luka Di Canfrançesko bu postda Klaudio Taffurini əvəz edəcək.
"İtaliyanın Bakıdakı səfiri kimi ölkəmizə xidmət göstərdiyim üçün çox qürurlanıram. Səfirlik və İtaliya Ticarət Agentliyi ilə birlikdə İtaliya və Azərbaycan arasında möhkəm körpülər qurmaq məqsədilə iki ölkə arasında qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üzərində çalışacağıq", - səfir Di Canfrançesko deyib.