İranın mərhum Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsi bir neçə ölkədə matəm elan olunması ilə nəticələnib.
Kommersant.az xəbər verir ki, hazırda 7 ölkədə matəm elan olunub. Belə ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.
Qeyd edək ki, İbrahim Rəisi Türkiyəni Suriya torpaqlarından çəkilməsi ilə bağlı fikirləri ilə yadda qalmışdı.