Çin Tayvanı əhatə edən hərtərəfli hərbi təlimlərə başlayıb. Pekin administrasiyası vurğulayıb ki, Tayvan lideri Lai Çinq-te vəzifəyə gəldikdən sonra keçirilən təlim “müstəqilliyə yönəlmiş hərəkətlərə qarşı bir cəza və xarici güclərin müdaxiləsinə qarşı xəbərdarlıqdır”.
Suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinqte vəzifəyə gəldikdən üç gün sonra Çin adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlayıb.
Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada Çin ordusunun Tayvan boğazı ətrafında, Tayvan adasının şimal, cənub və şərq bölgələri ilə Kinmen, Matsu, Vuçi və Dongyin adaları ətrafında ortaq hərbi təlimə başladığı bildirilib.
Komandanlığın sözçüsü Li Xi bildirib ki, təlim “Tayvanın müstəqilliyinə qarşı hərəkətlərə qarşı bir cəza və xarici qüvvələrin müdaxiləsinə qarşı xəbərdarlıqdır”.
Komandanlığın bəyanatında, quru, hava, dəniz və raket qüvvələrinin birliklərinin iştirak etdiyi “Birgə Qılınc-2024A” adlı iki günlük təlimdə “dəniz-hava birgə döyüş hazırlığı patrul xidməti, döyüş sahəsinin birgə ələ keçirilməsi və nəzarəti həyata keçirilib.
Təlimdə “patrul maşınlarının Tayvan adası ətrafındakı ərazilərə fokuslanacağı, ada zənciri daxilində və xaricində birgə əməliyyatlarla bölmələrin real döyüş imkanlarının yoxlanılacağı” bildirilib.
Tayvan Müdafiə Nazirliyi sosial media platformasında Çin ordusunun təlim elanını pisləyib. Bəyanat daxil edilib.