USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya ordusunda 'rüşvət' qalmaqalı

23.05.2024 Siyasət
0 0
Rusiya ordusundakı rüşvət qalmaqallarına yenisi əlavə edilib. Rusiya ordusunun rabitə rəisi, general-leytenant Vadim Şamarin həbs edilib.

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, general-leytenant Vadim Şamarinin rüşvət işi çərçivəsində həbs edildiyi açıqlanıb.

Ria Novosti-də yer alan xəbərə görə, Şamarinin iki ay müddətinə həbs edildiyini açıqlayan 235-ci Qarnizon Hərbi Məhkəməsi, həbs-qətimkan tədbiri çərçivəsində onun “həbsdə saxlanılması” qərarının alındığını bildirib.

Əvvəllər Rusiya Müdafiə Nazirliyində aparılan “rüşvətxorluq” araşdırmalarında 58-ci Ordunun keçmiş komandanı İvan Popov “dələduzluq” və “rüşvətxorluq” ittihamları ilə həbs edilib.

Rusiya Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin rəisi Yuri Kuznetsov “rüşvət, xüsusilə də külli miqdarda rüşvət almaqda şübhəli bilindiyi” əsası ilə tutulub.

Hərbi tikinti kompleksinə nəzarət edən Rusiya Müdafiə Nazirliyinin rəis müavini Timur İvanov "bir milyard rubl rüşvət vermək" ittihamı ilə saxlanılıb.