USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə mətbuatı: Türkiyə "pilotsuz uçuş aparatları" sahəsində dünya lideridir

24.05.2024 Siyasət
0 0
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmilərin vertolyot qəzası ilə bağlı axtarış fəaliyyətlərində Türkiyə tərəfindən təyin edilmiş və qalıqların aşkarlanmasını təmin edən Akıncı İHA İsveçrə mətbuatında geniş işıqlandırılıb. Türkiyə "pilotsuz uçuş aparatları sahəsində dünya lideri" olaraq təriflənib.

İsveçrənin almanca nəşr olunan “Neue Zürcher Zeitung” (NZZ) qəzetinin xəbərində qəza yerinin Akıncı İHA-dakı istilik sensorları sayəsində aşkar edildiyi bildirilib. Xəbərdə Baykarın İHA-nın 12 kilometrə qədər hündürlükdə uça bildiyi və əlverişsiz hava şəraitində belə 24 saata qədər havada qala bildiyi qeyd edilib və burada sıx duman və güclü küləyin olduğu xatırladılıb.

"Akıncı PUA-nın görüntüləri günün ən çox baxılan videosu oldu"

Xəbərdə, helikopter qalıqlarının axtarışı zamanı Akıncı İHA-dan başqa Türkiyə Silahlı Qüvvələrinə aid, gecə görmə qabiliyyətinə malik cihazlarla təchiz edilmiş Cougar tipli helikopterin təyin edildiyi bildirilib.

Xəbərdə Akıncı İHA-nın uçuşunun beynəlxalq mediada geniş yer aldığı, Anadolu Agentliyinin sosial media hesabında Akıncı İHA-nın uçuşu zamanı canlı yayım etdiyi və 8 milyondan çox izləndiyi vurğulanıb. Xəbərdə Akıncı İHA-nın FlightRadar24 tətbiqi ilə günün ən çox izlənilən təyyarəsi olduğu vurğulanıb.