Ermənistan işğal etdiyi Qazax vilayətinin Bağanıs Ayrım, Aşağı Əskipara, Heyrimli və Qızılhacılı kəndlərini Azərbaycana qaytarıb.
Azərbaycan-Ermənistan Sərhəd Müəyyənetmə Komissiyasının həmsədri, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidmətindən verilən məlumata görə, sərhədin 12,7 kilometrlik xətti iki ölkənin ekspertlərinin işi nəticəsində müəyyən edilib.
Bəyanatda bildirilib ki, xəttin müəyyənləşdirilməsi ilə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılıb, Azərbaycan Sərhəd Qoşunları adı çəkilən kəndləri nəzarətə götürüb.