USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı 12 ildən sonra Dəməşqə səfir təyin edib

26.05.2024 Siyasət
0 0
Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriyaya səfir təyin edib. Beləliklə, iki ölkə arasında diplomatik münasibətlərin bərpası istiqamətində mühüm addımlardan biri atılıb.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Feysəl bin Səud əl-Micfil Dəməşqə səfir təyin edilib.

Mikfil təyinat üçün Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizə və vəliəhd şahzadə Məhəmməd bin Salmana təşəkkür edib.

Beləliklə, Mikfil Suriya ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasından sonra Dəməşqə təyin olunan ilk səfir olub.

Səudiyyə Ərəbistanı-Suriya münasibətləri

Səudiyyə Ərəbistanı 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan təxminən bir il sonra Dəməşqdəki səfirliyini bağlayıb.

Dəməşq rəhbərliyi 2023-cü il mayın 7-də Ərəb Liqasına qayıtmaq qərarına gəldikdən sonra Səudiyyə Ərəbistanı və Suriya diplomatik əlaqələrinin 9 may 2023-cü ildə bərpa olunduğunu açıqlayıb.

Suriyadakı Bəşər Əsəd administrasiyası da 11 ildən sonra 6 dekabr 2023-cü ildə Səudiyyə Ərəbistanına səfir təyin edib.