Prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığında iyunun 13-15-də keçiriləcək G7 Zirvə toplantısında iştirak edəcəyini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan dünən İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon danışığı aparıb.
Görüşdə ikitərəfli əlaqələr, İsrailin Fələstinə hücumları, regional və qlobal hadisələr müzakirə edilib.
İtaliya Baş Naziri Aparatının görüşlə bağlı verdiyi bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib: “G7-nin qarşıdan gələn Zirvə Toplantısını nəzərə alaraq, görüş həmçinin ikitərəfli münasibətlərin vəziyyətini və əsas beynəlxalq böhran ssenarilərini müzakirə etmək imkanı verib”.
Açıqlamada Meloninin İtaliyanın Puglia bölgəsində keçiriləcək G7 Zirvə toplantısında iştirakını təsdiqlədiyi üçün prezident Ərdoğana təşəkkür etdiyi vurğulanıb.
İHA-nın xəbərinə görə, G7 Zirvəsi 13-15 iyun tarixlərində İtaliyanın ev sahibliyi ilə keçiriləcək.