İspaniya, Norveç və İrlandiyadan sonra Sloveniya da Fələstin Dövlətini tanımaq qərarına gəlib.
Bildirilib ki, Sloveniya hökuməti Fələstin Dövlətini tanımağa qərar verib.
Sloveniya hökuməti bu gün keçirilən iclasında Fələstin dövlətinin tanınmasını dəyərləndirib.
Baş nazir Robert Qolob sessiyadan sonra mətbuata verdiyi açıqlamada, beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri ilə müstəqil və suveren bir dövlət kimi tanımağa qərar verdiklərini bildirib.
Qolob, "Bu qərarın yalnız bir mesajı var. Döyüş əməliyyatlarının dərhal dayandırılması və girovların dərhal azad edilməsi tələbimiz. Bu qərar İsrail dövlətinə və ya başqasına qarşı bir qərar deyil" dedi.
Yaxın Şərqdə daimi sülhün təmin edilməsi və iki dövlətli həllə doğru irəliləmək üçün bu günün doğru an olduğuna inandıqlarını ifadə edən Qolob, hökumətin bugünkü qərarının müsbət nəticə verməsini və hər kəsə nümunə olmasını arzulayıb.