Bu, ABŞ-da bir ilk idi. Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olmağa hazırlaşan keçmiş ABŞ prezidenti Donald Tramp “susmaq” işi üzrə 34 ayrı ittihamın hamısında günahkar bilinib. Ona qarşı cinayətlərə görə ilk dəfə hakim qarşısına çıxan keçmiş prezident kimi tarixə düşən Trampı hansı proses gözləyir?
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu Yorkda 6 həftədir davam edən “susmaq pulu” işində ona qarşı irəli sürülən 34 ayrı ittihamın hamısında münsiflər heyəti tərəfindən günahkar bilinib. Münsiflər heyətinin qərarından sonra verdiyi açıqlamada Tramp, "Bu, biabırçı və saxta məhkəmə idi. İnsanlar burada nə baş verdiyini bilirlər. Mən günahsızam. Mən ölkəmizi və konstitusiyamızı müdafiə edirəm. Ölkəmiz cəhənnəmə çevrilib. Bu qərar verilməməli idi" dedi.
ABŞ-da bir ilk
ABŞ-da ona qarşı irəli sürülən ittihamlara görə hakim qarşısına çıxan ilk prezident kimi tarixə düşən Tramp da günahkar bilinib.