İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Co Baydenin Qəzza zolağında elan etdiyi atəşkəs təklifini qəbul edəcəyi təqdirdə baş nazir Benyamin Netanyahunu dəstəkləyəcəyini bildirib.
Təl-Əviv Universitetində keçirilən hüquq konfransındakı çıxışında, "Baş nazirə dedim ki, girovların (HƏMAS-ın əlindədir) azad edilməsi üçün onu və hökuməti dəstəkləyəcəyəm. Dövlət tərəfindən qorunmayan İsrail vətəndaşlarına gəldikdə isə, onlar İsrail dövlətinin təhlükəsizlik maraqlarını qoruyacaq razılaşmanın bir hissəsi kimi vətənə qaytarılmalıdır”, - deyə Hersoq bildirib.