USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran İsveçin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb

02.06.2024 Siyasət
0 0
İsveç tərəfinin bəyanatlarından sonra İran İsveçin müvəqqəti işlər vəkilini İran Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.

İran İsveçin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

İran Xarici İşlər Nazirliyinin sosial media hesabından verdiyi açıqlamada deyilir: “İsveçli bir məmurun İran İslam Respublikasına qarşı əsassız və kinli ittihamlarından sonra İsveçin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili nazirliyin Qərbi Avropa Baş İdarəsinin müavini tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb”.

İsveç Təhlükəsizlik Xidməti cümə axşamı verdiyi açıqlamada bildirib ki, "İran İsrail və yəhudilərin İsveçdəki maraqlarına, məqsədlərinə və fəaliyyətlərinə zərər vermək üçün İsrail də daxil olmaqla müxtəlif ölkələrin nümayəndələrini hədəfə alır".