USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa Rusiya ilə bağlı xəbərdarlıq edib

04.06.2024 Siyasət
0 0
Lellos: NATO-nun Rusiyaya zərbələri münaqişəni nəzarətdən çıxaracaq.

NATO ölkələrinin Rusiya ərazisinə mümkün zərbələri, eləcə də alyans qoşunlarının Ukraynaya yeridilməsi münaqişəni nəzarətdən çıxaracaq. Bu xəbərdarlığı fransalı siyasətçi Pyer Lelloş “Le Figaro” nəşrinə müsahibəsində edib:

“Biz müharibəni idarəolunmaz vəziyyətə gətirmək riskini daşıyırıq”.

Onun sözlərinə görə, Parisin Kiyevə yardımını artırması, əvvəlcə silah, sonra təlimatçı göndərməsi, daha sonra isə “artıq Hind-Çin, Vyetnamda baş verdiyi kimi” artıq birbaşa toqquşmalarda iştirak etdiyini aşkar etdikcə, Fransanın hərbi əməliyyatlarda iştirak etmə ehtimalı artır.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə NATO arasında münasibətlərin birbaşa qarşıdurma səviyyəsinə endiyini bildirib. Kremlin sözçüsü Şimali Atlantika Alyansını Avropa qitəsində sabitliyi pozan amil adlandıraraq, bunun regional sabitliyə töhfə vermədiyini qeyd edib.