USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sloveniya Fələstini rəsmən tanıyıb

05.06.2024 Siyasət
0 0
İspaniya, Norveç və İrlandiyadan sonra daha bir ölkə Fələstini rəsmən tanımaq qərarına gəlib.

Bildirilib ki, Sloveniya Fələstin dövlətini rəsmən tanıyıb.

Bu barədə Sloveniya hökumətinin sosial media platformasında yer alan paylaşımda deyilir.

Yazıda bildirilib ki, SDS millət vəkilləri tərəfindən buraxılan sessiyaya qatılan 90 yerlik parlamentarilərdən 52-si Fələstin dövlətinin tanınmasına səs verib.

Sloveniyanın Baş naziri Robert Qolob da sosial media hesabında “Bu gün Fələstinin suveren və müstəqil dövlət kimi tanınması İordan çayının qərb sahili və Qəzzada Fələstin xalqına ümid verir” sözlərini paylaşıb.