ABŞ prezidenti Bayden ABŞ-Meksika sərhədinin qeyri-qanuni mühacirlərin girişi üçün müvəqqəti bağlanması haqqında sərəncam imzalayıb.
Ağ Ev ABŞ prezidenti Co Baydenin ölkənin cənub sərhədindən qeyri-qanuni immiqrant girişlərinin gündəlik yuxarı həddi aşmasından sonra prezident fərmanını təsdiqlədiyini açıqlayıb.
Müvafiq olaraq, Bayden ABŞ-Meksika sərhədini qeyri-qanuni immiqrant girişlərinə müvəqqəti və dərhal bağlayacaq fərmanı qüvvəyə mindirməklə sərhəd təhlükəsizliyi ilə bağlı bu günə qədərki ən diqqətəlayiq addımını atdı.
Baydenin fərmanı, son aylarda gündəlik 2500-lük yuxarı həddi keçdiyi üçün qeyri-qanuni sərhəd keçidlərinin dərhal dayandırılmasını və sərhədçilərin qeyri-qanuni mühacirləri deportasiya etməsini nəzərdə tutur.
Mövzu ilə bağlı telekonfrans vasitəsilə mətbuat brifinqi verən Ağ Ev rəsmisi, sözügedən qərarın müvəqqəti olduğunu və gündəlik qeyri-qanuni immiqrant girişlərinin sayı 1500-dən aşağı düşənə qədər həyata keçiriləcəyini bildirib.
Ağ Ev rəsmisi qeyd edib ki, qərar ABŞ-ın yerli vaxtı ilə gecə yarısı həyata keçirilməyə başlayacaq.
Bayden qərarın təfərrüatlarını açıqlayıb
Sözügedən prezident fərmanı ilə bağlı Ağ Evdə mətbuat konfransı keçirən Bayden, daha əvvəl sərhəd təhlükəsizliyini artırmaq üçün çoxlu çağırışlar etdiyini, lakin ABŞ-ın keçmiş prezidenti Donald Trampın başçılıq etdiyi respublikaçıların bu addımları sabote etdiyini müdafiə etdi.
Bayden ABŞ-ın ölkəyə qanuni yollarla gəlmək istəyən mühacirlərə hər zaman açıq olduğunu, lakin qeyri-qanuni keçidlərə qarşı addımların atılmasının vacibliyinə diqqət çəkib.
Bayden əlavə edib ki, qeyri-qanuni daxil olanlar arasında uşaqlar deportasiya edilməyəcək, qanuni yolla sığınacaq üçün müraciət edənlər və görüş təyin edənlər isə normal qaydada prosedurlarını davam etdirəcəklər.