USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Scholz: Əfqanlar və suriyalılar deportasiya edilə bilər

06.06.2024 Siyasət
0 0
Almaniya kansleri Olaf Şolz ölkədə ağır cinayətlər törətmiş Əfqanıstan və Suriya vətəndaşlarının deportasiya edilməli olduğunu bildirib.

Almaniya kansleri Olaf Şolz Bundestaqdakı çıxışında "Ağır cinayət törədənlər Suriya və Əfqanıstandan gəlsələr belə deportasiya edilməlidirlər. Burada ciddi cinayətkarlara və terror təhdidlərinə yer yoxdur" deyib.

Kansler həmçinin vurğulayıb ki, ölkədə terror cinayətlərinin təriflənməsinə yol verilməyəcək.

Şolz deportasiya qaydalarının sərtləşdiriləcəyinə diqqət çəkərək, "Terroru tərifləyən hər kəs bütün dəyərlərimizə ziddir və deportasiya edilməlidir" dedi.

Ötən həftə Almaniyanın Mannheim şəhərində əfqan əsilli şəxsin polis əməkdaşını öldürməsindən sonra ölkədə əfqan və suriyalıların deportasiyası məsələsi müzakirə olunub.

Məlumdur ki, Almaniya Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir, Əfqanıstan və onun qonşu dövlətləri ilə danışıqlar aparır.

2021-ci ilin avqustunda Kabildə hakimiyyət dəyişikliyindən sonra Almaniya əfqanları deportasiya etməyib.