USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniya Beynəlxalq Məhkəmədə İsrailin işinə müdaxilə edəcəyini açıqlayıb

06.06.2024 Siyasət
0 0
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində açdığı İsrail işinə müdaxilə edəcəyini açıqlayıb.

Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işində iştirak edən ölkələrin sayı günü-gündən artır.

İsrailin xarici işlər naziri Xose Manuel Albares ölkəsinin işə müdaxilə edəcəyini açıqlayıb:

"Biz bunu Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq hüquqa sadiq olaraq, ICJ-nin işini dəstəkləmək, daha çox mülki ölümlərin qarşısını almaq və sülh üçün edirik".

İspaniya İrlandiyadan sonra işə qoşulan ikinci ölkə oldu.

Ötən ilin dekabrında Cənubi Afrika Qəzzadakı müharibə ilə bağlı İsrailə qarşı iddia qaldırıb və İsrailin Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozduğunu bəyan edib.

Ötən ay məhkəmə İsrailə fələstinlilərə qarşı soyqırım aktlarını dərhal dayandırmağı və bölgəyə daha çox yardımın daxil olmasına icazə verməyi əmr edib.