USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İsrail Qəzzada qalib gəlməli və işi bitirməlidir” - TRAMP

06.06.2024 Siyasət
0 0
ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, İsrail Qəzzada müharibədə qalib gəlməli və işi tez bitirməlidir.

Tramp Fox News televiziyasına verdiyi müsahibədə Qəzzadakı son vəziyyəti və ABŞ-İsrail münasibətlərini dəyərləndirib.

Oktyabrın 7-də İsrailin yaşadıqlarının unudulduğunu iddia edən Tramp bu hücumların xatırlanması və İsrailin Amerika siyasətində “əvvəlki kimi” güclü olması lazım olduğunu bildirib.

"İsrail bu işi (Qəzzada) bitirməli, bu işi tez və güclü şəkildə bitirməli və çox uzun sürdüyü üçün həyata qayıtmalıdır. Onlar qalib gəlib işi bitirməlidirlər", - deyə Respublikaçı siyasətçi söyləyib.

Demokrat senator "fələstinli kimi davranmaqda" ittiham olunur

Digər tərəfdən, Tramp İsrail lobbisinin 15 il əvvəl Vaşinqtonda ən nüfuzlu lobbi olduğunu, lakin bu gün bəzi demokrat adlara görə əvvəlki gücündən uzaq olduğunu müdafiə etdi.