USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Zelenskidən üzr istəyib

07.06.2024 Siyasət
0 0
ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə Parisdə görüşü zamanı deyib: “Konqresdəki Respublikaçıların müxalifəti səbəbindən gecikdirilən yeni hərbi yardım paketinə görə üzr istəyirəm”.

ABŞ prezidenti Co Bayden Normandiya enişinin 80-ci ildönümü mərasimlərindən sonra paytaxt Parisə gedib. Bayden Parisdəki təmasları zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bayden görüş zamanı Zelenskidən üzr istəyib:

"Bu ilin əvvəlində Konqresdəki Respublikaçıların müxalifəti səbəbiylə təxirə salınan yeni hərbi yardım paketi üçün üzr istəyirəm. Yardımın nədən keçəcəyini bilmədiyimiz həftələr üçün üzr istəyirəm. Çünki bəzi mühafizəkar üzvlərimizin gecikdirdiyi pulu özündə əks etdirən qanun layihəsini qəbul etməkdə çətinlik çəkdik, lakin biz bunu bacardıq”.

Ukrayna xalqının cəsarətindən heyran qaldığını qeyd edən Bayden, “Əzilmədiniz, heç vaxt təslim olmadınız, qeyri-adi şəkildə döyüşməyə davam edirsiniz və biz sizin arxanızdayıq” deyib.

İHA-da yer alan xəbərə görə, Bayden indiyə qədər 6 yardım paketi açıqladığını qeyd edərək, "Mən də bu gün elektrik şəbəkəsinin yenidən qurulmasına kömək etmək üçün 225 milyon dollarlıq əlavə bir paket imzalayıram" dedi.