USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ dövlət katibi Blinken 8-ci dəfə İsrailə gedəcək

07.06.2024 Siyasət
0 0
ABŞ dövlət katibi Antoni Blinkenin oktyabrın 7-dən bəri 8-ci dəfə İsrailə səfər edəcəyi açıqlanıb.

ABŞ dövlət katibi Antoni Blinkenin yenidən İsrailə səfəri gözlənilir. Bazar ertəsi baş tutması gözlənilən səfərin İsrailin Qəzza zolağına hücumlarına başladığı 7 oktyabrdan bəri 8-ci səfər olacağı açıqlanıb.

Blinkenin səfəri HƏMAS-ın İsrail tərəfindən təqdim edilən və ABŞ prezidenti Co Baydenin ötən həftə təqdim etdiyi girovların azad edilməsi təklifinə və atəşkəs razılaşmasına cavabını gözlədiyi bir vaxtda baş tutacaq.