USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kosovodan İran, Rusiya və Belarusa sanksiyalar

13.06.2024 Siyasət
0 0
Kosovo hökuməti raket proqramına görə İrana sanksiya tətbiq etmək, Ukrayna müharibəsinə görə isə Rusiya və Belarusa qarşı sanksiyaları gücləndirmək qərarına gəlib.

Kosovonun baş naziri Albin Kurtinin sədrliyi ilə keçirilən hökumətin Nazirlər Kabinetinin iclasında İran, Rusiya və Belarusa qarşı sanksiyalar səsə qoyulub. Yeni sanksiyaları hökumətə təqdim edən Kosovo xarici işlər və diaspor nazirinin müavini Liza Qaşi deyib ki, İrana qarşı sanksiyalar “nüvə və ya ballistik raket fəaliyyətlərində iştirak edən və İran hökumətinə dəstək verən şəxslər və təşkilatlara təsir edir”.

Nazir müavini Qaşi vurğulayıb ki, Rusiya və Belarusa qarşı tətbiq olunacaq sanksiyalar “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək və Rusiyada ciddi insan haqları pozuntuları” ilə bağlıdır.

ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaları dəstəkləyir

Kosovo ABŞ və Aİ-nin Ukrayna müharibəsinin başlamasından sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak edir. Hökumətin bu gün təsdiq etdiyi sanksiyalara Aİ-nin Rusiyaya qarşı 12-ci və 13-cü sanksiya paketləri daxildir. Kosovo hökuməti daha əvvəl Ukraynada fəaliyyət göstərən Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner” qrupuna qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.