USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrailin Livana endirdiyi hava hücumunda yaralananlar var

19.06.2024 Siyasət
0 0
İsrail ordusuna aid döyüş təyyarələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumunda yaralananların olduğu bildirilib.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail Livanın cənubundakı Yarun qəsəbəsinə hava hücumu həyata keçirib. Hücum nəticəsində yaralananların olduğu bildirilsə də, hücumun harada və kimlərin hədəf alındığı ilə bağlı detallar paylaşılmayıb.