USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliya səfiri: Viza problemlərdən xəbərdarıq

19.06.2024 Siyasət
0 0
Azərbaycanda İtaliyaya viza tələbi artır.

Kommersant.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko bildirib.

Onun sözlərinə görə, bu, çox sevindirici haldır.

"Ancaq insanları çox uzun müddət gözləməyə məcbur etməkdən qətiyyən məmnun deyilik. Onu da başa düşmək lazımdır ki, bir tərəfdən vizaların verilməsi qaydaları milli deyil, Avropa sayağıdır. Problemlərdən xəbərdarıq və bu prosesi sürətləndirməyin mümkün yollarını tapmağa çalışırıq", - o deyib.

Qeyd edək ki, Luka di Canfrançesko bu ilin mayın 20-də İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edib.