USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

27.06.2024 Siyasət
0 0
Gürcüstanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşü olub.

Kommersant.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sonra XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar aspektlərini müzakirə ediblər.

Xarici işlər nazirləri həmçinin müxtəlif regional və beynəlxalq formatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar.

Münaqişə sonrası regional sülh və yenidənqurma səyləri də gündəmin əsas mövzusu olub.

Xəbər yenilənəcək