USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin və Rusiyadan birgə “transsərhəd” təlimi

03.07.2024 Siyasət
0 0
Bildirilib ki, Çin və Rusiya sərhədyanı terrorizmlə mübarizə üçün birgə hərbi təlim keçirib. Qeyd edək ki, təlimin iyunun 23-də Rusiyanın Dağıstan Muxtar Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində baş verən terror aktlarından sonra keçirilməsi diqqət çəkib.

Çin və Rusiya transsərhəd terrorizmə qarşı birgə təlimlər keçirib.

Çin ordusunun “PLA Daily” qəzetinin xəbərində iki ölkə əsgərlərinin Çinin Heyx şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərlərini ayıran Amur çayı üzərindəki Heylongciang körpüsü ətrafında antiterror təlimi keçirdiyi bildirilib.

Xəbərdə Çin və Rusiya əsgərlərinin "hücum edərək sərhədi keçməyə çalışan terrorçular" ssenarisi üzrə birgə təlimlər keçirdikləri, dayandırmaq üçün havadan kəşfiyyat, dəniz müdaxiləsi və quru pusqu manevrləri həyata keçirdikləri ifadə edilib.

Xəbərdə qeyd edilib ki, təlimdə kəşfiyyat məlumatlarının mübadiləsi və əməliyyat koordinasiyasına diqqət yetirilib və iki ölkə ordusunun təhlükəsizliyini birgə təmin edərək, "hər növ terror, separatizm və ekstremizmə qarşı təsirli tədbirlər görmək əzmində olduqlarını nümayiş etdiriblər".

Bu, Dağıstanda baş verən terror aktlarından sonra baş verib

Qeyd edək ki, təlimin iyunun 23-də Rusiyanın Dağıstan Muxtar Respublikasının Mahaçqala və Dərbənd şəhərlərində baş verən terror aktlarından sonra keçirilməsi diqqət çəkib.

Bir polis bölməsi, bir sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarda 17-si polis, 5-i mülki şəxs olmaqla, 22 nəfər həyatını itirib, 5-i təcavüzkar öldürülüb.

Digər tərəfdən, martın 22-də Moskvada bir konsert salonunda silahlı şəxslər tərəfindən törədilən terror aktı nəticəsində 144 nəfər həyatını itirib.

Çin və Rusiya bundan əvvəl də birgə antiterror təlimləri keçirib. Çinin hərbiləşdirilmiş Xalq Silahlı Polis Qüvvələri 2019-cu ildə Rusiyada Rusiya Milli Qvardiyası ilə birgə təlimdə iştirak edib.

Bundan əlavə, Çin, Rusiya və İran hərbi dəniz qüvvələri martın 11-dən 15-dək Oman körfəzi yaxınlığında terrorizm və dəniz quldurluğu ilə mübarizə məqsədilə birgə hərbi dəniz təlimi keçirib.