USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq - Peskov

03.07.2024 Siyasət
0 0
Putinin Türkiyəyə səfəri qrafik razılaşdırılan kimi baş tutacaq.

Kommersant.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya və Türkiyə arasında həll edilməmiş məsələlər qalır, lakin onları tənzimləmək üçün siyasi iradə var", - o deyib.

Onun sözlərinə görə, Putin və Ərdoğan iyulun 3-də Astanada yəqin ki, Ukraynadakı vəziyyəti, o cümlədən Suriyadakı müzakirə edəcəklər.

"İkitərəfli görüş yetərincə uzun çəkəcək - minimum 1 saat davam edəcək. Əlbəttə ki, burada qarşılıqlı maraq kəsb edən bütün məsələlərdən söhbət gedir. Bu, ilk növbədə ikitərəfli münasibətlərdir. Lakin çətin ki prezidentlər Suriya, Ukrayna məsələlərindən yan ötsünlər", - Kreml nümayəndəsi deyib.