USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyanın baş naziri Rişi Sunak istefa verib

05.07.2024 Siyasət
0 0
Böyük Britaniyanın baş naziri Rişi Sunak ümumi seçkilərdə məğlub olduqdan sonra Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb. Sunak açıqlamasında "Hər şeyimi bu işə verdim. Bununla belə, seçicilər hökumətin dəyişməli olduğuna dair açıq mesaj verdilər. Əhəmiyyətli olan tək qərar bu qərardır" dedi.

İngiltərədə dünən keçirilən ümumi seçkilərdən sonra Rişi Sunak Mühafizəkarlar Partiyasının liderliyindən istefa vermək qərarına gəldiyini açıqlayıb.

Rəsmi istefa vermək üçün Kral Çarlzla görüşəcəyini bildirən Sunak, seçkilərdə fərqlə qalib gələn İşçi Partiyasının lideri Keir Starmerin yolunu açmaq istədiyini bildirib.

Baş nazirlik binasının 10 nömrəli binası qarşısında çıxış edən Sunak, "Bu işə hər şeyi verdim. Ancaq seçicilər hökumətin dəyişməsi lazım olduğuna dair açıq mesaj verdi. Əhəmiyyətli olan tək qərar bu qərardır" dedi.

Seçki prosesində partiyası adından əməyi keçənlərə təşəkkür edən Sunak deyib:

"Qəzəbinizi, məyusluğunuzu eşidirəm və bu itkiyə görə məsuliyyəti öz üzərimə götürürəm. Yorulmadan çalışmış, lakin uğur qazana bilməyən bütün Mühafizəkar namizədlərə və təşviqatçılara, səylərinizi mükafatlandıra bilmədiyimiz üçün üzr istəyirəm".

İngiltərədə seçkilərin nəticələri

Leyboristlər Partiyası təxminən 34 faiz səslə 650 yerlik parlamentə 412 deputat əlavə etməklə Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyub.

Hələ dəqiqləşdirilməmiş rəsmi nəticələrə görə, 2019-cu il seçkilərində parlamentdə 202 mandat qazanan İşçi Partiyası dünənki seçkilər nəticəsində 412 mandat qazanıb. Mühafizəkarlar Partiyasının deputatlarının sayı 365-dən 120-yə enib.

Leyboristlər Partiyası 33,8 faiz, Mühafizəkarlar Partiyası isə 23,7 faiz səs toplayıb. Bu iki partiyanı 12,2 faiz səslə Liberal Demokrat Partiyası izləyib. Liberal Demokratlar 71 deputat qazandı.