USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabineti dəmiryol nəqliyyatı barədə qərar verdi

05.07.2024 Siyasət
0 0
Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsviri", "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin spesifikasiyası", "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin nümunəsi", "Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin verilməsi Qaydası" təsdiq edilib.