USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahudan "həm atəşkəs", həm də "hücum" mesajı

08.07.2024 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu iddia edib ki, Qəzza zolağında əldə edilən istənilən atəşkəs razılaşması "müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququnu təmin etməlidir".

HƏMAS və İsrail arasında Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi ilə bağlı danışıqlarda irəliləyişin olduğu bildirilərkən, İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi mümkün razılaşmanın əsas şərtləri olaraq tələb etdiyi maddələri açıqlayıb.

Netanyahu ilk tələbini “İsrail öz məqsədlərinə çatana qədər Qəzzaya yenidən hücum etmək hüququnu özündə saxlaması” şərti olaraq açıqlayıb.

Həmçinin Misirdən Qəzzəyə "silah qaçaqmalçılığı"nın və minlərlə silahlı Həmas üzvünün Qəzzanın şimalına qayıtmasına icazə verilməyəcəyi bildirilib.

Mümkün razılaşmada Qəzzadan buraxılacaq israilli məhbusların sayının maksimuma çatdırılması istənilib.

Açıqlamada, İsrailin qəbul etdiyi və ABŞ prezidenti Co Bayden tərəfindən müsbət qarşılanan planın "İsrailin müharibədəki hədəflərinə kölgə salmayacağı" bildirilib.

İsrail bəyan edib ki, Qəzzəyə hücumlarında məqsədi “Həmasın hərbi bacarıqlarını məhv etmək və HƏMAS-ın yenidən Qəzzada dominant gücə çevrilməsinə mane olmaqdır”.

İyunun 19-da bir televiziya kanalına müsahibə verən İsrail Ordusunun sözçüsü Daniel Hagari “HƏMAS-ı hərbi yolla məhv etmək mümkün deyil, HƏMAS ideyadır” və “belə bir hədəfin qoyulması ictimaiyyəti çaşdırmaq deməkdir” deyib.

İsrail Qəzzaya hücum etməkdə israrlıdır

İsrail atəşkəs və qarşılıqlı əsir mübadiləsindən sonra Qəzzaya hücumlarını davam etdirməkdə israrlıdır. Bununla belə, HƏMAS vasitəçilərdən razılıq əldə olunarsa, bunun daimi atəşkəsə çevriləcəyinə dair təminat tələb edir.

Netanyahu İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə Həmas ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur. Məlumdur ki, Netanyahunun koalisiyasına daxil olan ifrat sağçı siyasətçilər Qəzzaya hücumların dayandırılacağı təqdirdə baş naziri hökuməti devirməklə hədələyiblər.

İsrailin oktyabrın 7-də Qəzza zolağına başladığı hücumları dayandırmaq üçün tərəflər arasında uzun müddətdir ki, danışıqlar aparılır. Bildirilib ki, Həmas nümayəndə heyəti vasitəçilərin hazırladığı yekun atəşkəs layihəsini təsdiqləyib.

İsrail Xarici Kəşfiyyat Təşkilatının Mossad direktoru David Barnea həftə sonu Dohaya gedib və əlaqə saxlayıb. İsrail rəsmiləri bildiriblər ki, “tərəflər ilk dəfədir ki, razılığa bu qədər yaxındırlar”.

İsrailin danışıqları davam etdirmək üçün bu həftə Qahirəyə nümayəndə heyəti göndərəcəyi gözlənilir. Danışıqlarda ABŞ-ın xarici kəşfiyyat agentliyi CIA-nın direktoru Uilyam Bernsin də iştirak edəcəyi bildirilir.