Rusiya məhkəməsi Rusiyanın “QAZ” şirkətinin Almaniyanın “Volkswagen” şirkətinə qarşı qaldırdığı iş üzrə qərar verib. Məhkəmə Volkswagen-i 192 milyon dollar cərimələyib.
Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə keçirilən prosesdə “QAZ” şirkətinin “Volkswagen”ə qarşı qaldırdığı iddiaya baxılıb. Volkswagen-in GAZ-a maddi ziyan vurduğu qənaətinə gələn məhkəmə, Almaniya şirkətinə 16,9 milyard rubl təzminat cəzası kəsib.
GAZ Volkswagen-i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.
Volkswagen, 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir Rus şirkətinə sataraq ölkədən çıxdığını açıqladı. Rusiyanın ticarət naziri Anton Əlixanov dünən verdiyi açıqlamada Volkswagen-in Kaluqadakı köhnə fabrikində kütləvi avtomobil istehsalına başlanıldığını açıqlayıb.