Rusiya ABŞ-ın Almaniyaya uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarına cavab verib. Rusiya xarici işlər nazirinin müavini Ryabkov, ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarının Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıdığını ifadə edərək, "Yeni təhlükəyə qarşı emosional hərəkət etmədən hərbi cavab hazırlayacağıq" dedi.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Sankt-Peterburqda 2026-cı ildən etibarən Almaniyaya "Tomaqavk" qanadlı raketləri yerləşdirmək qərarını açıqlayıb. O, bunu Sankt-Peterburqda jurnalistlərə dəyərləndirib.
Soyuq Müharibədən sonra qlobal konyukturanın əhəmiyyətli dərəcədə dəyişdiyinə diqqət çəkən Ryabkov, "Bu hərəkətlər hər şeydən əvvəl ölkəmizin təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır. Hesab edirəm ki, bu, gərginliyi artıran prosesin yalnız bir hissəsidir və bunun bir elementidir" deyib.
Rusiyanın ABŞ-ın addımına cavab verəcəyini ifadə edən Ryabkov, "Cavabımızın mahiyyəti sakit və peşəkarcasına müəyyən ediləcək. Yeni təhlükəyə emosional hərəkət etmədən hərbi cavab hazırlayacağıq" dedi.
ABŞ və Almaniyanın dünən verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomahawk” qanadlı raketləri və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.
ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.