USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peskov: Biz soyuq müharibəyə doğru möhkəm addımlar atırıq

12.07.2024 Siyasət
0 0
Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarının Rusiyanı sıxışdırmaq cəhdi olduğunu ifadə edərək, "Soyuq Müharibəyə doğru möhkəm addımlar atırıq" dedi.

Peskov Rusiyanın “Rossiya-1” dövlət kanalına verdiyi açıqlamada, ABŞ-ın 2026-cı ildən etibarən Almaniyaya “Tomaqavk” uzaqmənzilli qanadlı raketlər yerləşdirmək qərarını və hadisələri izləyəcəklərini bildirib.

Peskov hadisələrin soyuq müharibənin əlamətlərini daşıdığını ifadə edərək, "Soyuq müharibəyə doğru möhkəm addımlar atırıq. Bütün bunlar əvvəllər də olub" fikirlərini səsləndirib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün verdiyi açıqlamada ABŞ-ın qərarına “hərbi cavab hazırlayacağıq” şərhini verib.

ABŞ və Almaniyanın dünən verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyaya “Tomahawk” qanadlı raketləri və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.

ABŞ sonuncu dəfə 1990-cı illərdə Almaniyaya belə uzaqmənzilli silahlar yerləşdirmişdi.