USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çindən altı ABŞ şirkətinə sanksiya

13.07.2024 Siyasət
0 0
Çin ABŞ-ın Tayvana son silah satışında vasitəçi olduqlarını əsas gətirərək ABŞ-ın 6 müdafiə şirkəti və onların yüksək səviyyəli rəhbərlərinə sanksiya tətbiq etmək qərarına gəlib.

Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Çinin ABŞ-ın Tayvana son silah satışında rol oynadığı səbəbilə ABŞ-ın 6 müdafiə sənayesi şirkəti və 5 üst səviyyə idarəçiyə qarşı tədbir gördüyü bildirilib.

"Birləşmiş Ştatlar Tayvana yeni silah satışını açıqladı. Bu, "vahid Çin" prinsipini və Çin-ABŞ diplomatik əlaqələrinin əsasını təşkil edən Üç Birgə Bəyannamədəki öhdəlikləri pozur", - deyə bəyanatda deyilir.

Onların Çinə girişi qadağan edilib

Sanksiyaya məruz qalacaq 6 ABŞ şirkəti və 5 idarəçinin adlarının yer aldığı açıqlamada onların Çindəki daşınar və daşınmaz əmlakları ilə digər varlıqlarının dondurulacağı bildirilib. Açıqlamada adı çəkilən bütün şirkət və şəxslərin Çində heç bir fəaliyyət göstərə bilməyəcəyi və Çinə girişinin qarşısı alınacağı bildirilib. Bildirilib ki, qərar bu gündən qüvvəyə minib.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.