USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb

15.07.2024 Siyasət
0 0
431 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Kommersant.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib

"Deputatlığa namizədliyi irəli sürülən 261 nəfərin namizədliyi təsdiqlənib, onlardan 213 nəfərə imza vərəqi verilib.

9 nəfər imza vərəqələrini dolduraraq namizədliyin qeydə alınması üçün geri qaytarıb", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.