USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

16.07.2024 Siyasət
0 0
Energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyətiarasında görüş olub.

Kommersant.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən, karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda, neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində uzunillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.

Həmçinin, Azərbaycanın hazırda ölkənin enerji balansında bərpa olunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb.

“Yaşıl enerji”, eləcə də, digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.