USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya şirkətindən F-15 və F-16 kampaniyası

16.07.2024 Siyasət
0 0
Rusiyada bir şirkətin Ukraynada vurulacaq ilk F-15 və F-16 döyüş təyyarələrinə 15 milyon rubl (təxminən 170 min dollar) mükafat verəcəyi bildirilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün keçirilən mərasimdə Ukraynadakı qarşıdurmalarda məhv edilən bəzi Leopard və Abrams tanklarına görə pul mükafatlarının verildiyi bildirilib.

Bəyanatda fikirləri yer alan və pul mükafatını paylayan FORES şirkətinin sədr müavini İlya Potanin, "Bu gün 17 Abrams və Leopard pul mükafatını verdik. Hər birinə 500 min rubl verildi" deyib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin iyulun 10-da verdiyi açıqlamada, ABŞ, Hollandiya və Danimarkanın da olduğu koalisiyanın Ukraynaya F-16 döyüş təyyarələri təmin etmək üçün çalışdığını bildirərək, “F-16-ların təhvil verilməsi rəsməndir. davam edir və Ukrayna bu yay hazır olacaq. O, F-16-ları uçuracaq" dedi.