USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siyavuş Novruzov seçkiyə rəqibsiz gedir

19.07.2024 Siyasət
0 0
Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Siyavuş Novruzovun namizədliyini irəli sürüb.

Kommersant.az Bizim.Media-ya istinadən xəbər verir ki, hal-hazırda Siyavuş Novruzovun namizədliyinin irəli sürüldüyü dairədə rəqibi yoxdur.

Məsələni dəqiqləşdirmək üçün VI çağırış deputatının özüylə əlaqə saxladıq.

Siyavuş Novruzov açıqlamasında yayılan informasiyalar haqqında məlumatının olmadığını vurğulayıb:

“Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Rəqibim niyə yoxdur ki?! İstənilən vətəndaş namizədliyini irəli sürsə, rəqib olacaq. Hal-hazırda rəqibimin olub-olmaması ilə bağlı məlumatım yoxdur”, deyə o, bildirib.

Bu dəyişikliyin seçkilərdə onun səs toplamasına təsir edib-etməyəcəyi ilə bağlı sualımıza isə Siyavuş Novruzov cavab verməkdən yayınıb.