USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahu Baydenin geri çəkilməsindən sonra açıqlama verdi

22.07.2024 Siyasət
0 0
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra deyib: “Prezident kim olmasından asılı olmayaraq, İsrail ABŞ-ın ən güclü müttəfiqidir”.

“The Times of Israel” xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtona səfərə yola düşməzdən əvvəl verdiyi açıqlamada Baydenin prezidentlik yarışından geri çəkilməsindən danışıb.

Bu mövzuda ilk dəfə bir qiymətləndirmə edən Netanyahu, Bayden-i İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumlarına verdiyi dəstəyə görə tərifləyib.

İsrailin baş naziri səfər zamanı Baydeni görməyə ümid etdiyini bildirib və "onun səfəri Baydenə uzun və görkəmli karyerası boyunca İsrail üçün etdiklərinə görə təşəkkür etmək fürsəti olacaq" deyib.

Netanyahu Vaşinqtona səfəri zamanı 7 oktyabr hücumlarından sonra davam edən hadisələrin müzakirə ediləcəyi mesajını verdi və Baydenlə "girovların azad edilməsi, HƏMAS-ın məğlubiyyəti, İranın terror oxu ilə qarşı-qarşıya qalması və sülhün təmin edilməsi məsələlərini müzakirə edəcəklərini" bildirib.

Baş nazir Netanyahu Amerika rəsmiləri ilə görüşlərində və Konqresdəki çıxışında “Amerika xalqının növbəti prezident kimi seçməsindən asılı olmayaraq, İsrailin ABŞ-ın əvəzolunmaz və güclü müttəfiqi olmağa davam edəcəyini söyləyəcəyəm.

Netanyahu həmçinin iki ölkənin “vahid cəbhə” olmasının vacibliyini vurğulayaraq, ABŞ və İsrailin “bu gün, sabah və hər zaman bir yerdə” olduğunu bildirib.

ABŞ-a səfərə gedən Netanyahunun iyulun 24-də ABŞ Konqresinin birgə iclasında çıxış edəcəyi gözlənilir.